Bakıda tanınmış şəxsin vəzifəli oğlu intihar etdi





Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “Baku Cargo Terminal” MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar edib.
Vəzifəli şəxs Suraxanı rayonu Əmircan qəsəbəsində özünü asaraq həyatına son qoyub.

Əldə etdiyimiz məlumata görə, E.Əzimov əfsanəvi pilot, Şöhrət ordenli Əzimbala Əzimovun oğludur. 74 yaşlı Ə.Əzimov hazırda Milli Aviasiya Akademiyasında çalışır.
AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vəfat edən şəxs AZAL-ın əməkdaşı deyil.