Nazirlər Orxan Əsgərovun dəfnində - FOTO+VİDEO (YENİLƏNİB)


Nazirlər Orxan Əsgərovun dəfnində - FOTO+VİDEO (YENİLƏNİB)


Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı nəticəsində şəhid olan Orxan Əsgərovun dəfn mərasimi keçirilir. 
 
O.Əsgərov II Şəhidlər xiyabanında dəfn olunur.
 
Dəfn mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı və digər rəsmi şəxslər də iştirak edir.
 

***
10:50
 
Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktı zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilib.
 
Vida mərasimi Orxan Əsgərovun evində təşkil olunub.
 
Mərasimdə şəhidin ailəsi, yaxınları, həmkarları, xarici işlər nazirinin müavini Xələf Xələfov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər rəsmi şəxslər də iştirak ediblər.
 
Vida mərasimindən sonra Orxan Əsgərovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.
 




*** 
Video əlavə olunub.