Rusiya İranın müdafiəsinə qalxdı: Dron hücumlarına REAKSİYA


Rusiya İranın müdafiəsinə qalxdı: Dron hücumlarına REAKSİYA


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova İranda baş vermiş dron hücumlarını şərh edib.
 
azbaku.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova bunu qınadıqlarını açıqlayıb.
 
"Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə XİN rəsmisi bildirib.
 
Qeyd edək ki, İranın İsfahan şəhərində yerləşən hərbi zavoda və digər regionlarında yerləşən müxtəlif hərbi obyektlərə PUA-larla zərbələr endirilib. İddialara görə, dron hücumları İsrail tərəfindən həyata keçirilib.