Müharibə Tanrısının nəhəng baltası Londonun mərkəzinə sancıldı - FOTO


“Sony” şirkəti yeni “God of War: Ragnarok” oyununun reklam kampaniyası çərçivəsində Londonun mərkəzində nəhəng Leviafan baltası şəklində abidə quraşdırıb.

Qeyri-adi obyektin fotoları “PlayStation”ın Britaniya bölməsinin rəsmi “Twitter” hesabında peyda olub.

Bildirilir ki, böyük balta formasındakı art-obyekt Londonda çox qalmayacaq – o, yanvarın 31-də axşam saatlarında yığışdırılacaq.