Direktor vəzifəsi İlkin İsmayılova həvalə edilib.
Qeyd edək ki, o, bu təyinatadək Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi işləyib.
İxtisasca ümumi cərrah olan İlkin İsmayılov, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İ.İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.
Xatırladaq ki, Nazim Məmməd oğlu Əhmədov bir neçə gün əvvəl Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.(oxu.az)