Naxçıvan barədə hər gün daha dəhşətli xəbərlər gəlir".
azbaku.org xəbər verir ki, bu barədə "TNS" İnformasiya Agentliyinin rəhbəri, naxçıvanlı jurnalist Tural Səfərov feysbuk səhifəsində yazıb.
Jurnalist bildirib ki, muxtar respublikada fəaliyyət göstərən generallardan birinin qızı rəfiqəsi ilə nərd oynayırmış:
"Əlbəttə, burada təəccüblü nəsə yoxdur. Nərd stolüstü oyundur, onu kişi də oynaya bilər, qadın da. Amma bəzi insanların hobbisi olan bu oyun qumara çevrilirsə və qumarı bir generalın qızı oynayırsa, bu, artıq qəbuledilməzdir. Xarici ölkə vətəndaşı olan (Baxın ha, ərazi bütövlüyümüzü, sərhədlərimizi qoruyan generalın qızı xarici ölkə vətəndaşıdır) bu papasının və mamasının gül balası Naxçıvandakı dağ evlərində rəfiqəsi ilə son model “Mersedes” markalı avtomobildən nərd oynayır və uduzur. Dərhal göstəriş verir, papasının avtomobil salonundan götürülən avtomobil rəfiqəsinin dediyi ünvana çatdırılır".
T.Səfərov qeyd edib ki, bu, harınlığın, qudurğanlığın pik həddidir:
"General papası korrupsiya, dövlət əmlakını mənimsəmə yolu ilə pul “qazanır” ki, qızı nərd oyununda “Mersedes” uduzsun. General dədəsi qızını ən ağır şəkildə cəzalandırılmalıdır ki, digərlərinə görk olsun. Hələlik ad çəkmirəm. Amma faktı tam dəqiqləşdirdikdən sonra ad çəkəcəm. Hər kəs bilsin ki, bu generalın övladları nə hoqqalardan çıxır, onun Azərbaycan dövlətindən oğurladıqları pulları necə xərcləyirlər". olkə az