Qarabağa görə 3 milyon ermənini riskə atmağa ehtiyac yoxdur - Erməni deputat


“Qarabağda cəmi “120 min”ə yaxın, Ermənistanda isə 3 milyona yaxın insan yaşayır. Biz Qarabağ naminə üç milyon ermənini riskə ata bilmərik”.
Bunu fevralın 3-də Ermənistan parlamentində Laçın dəhlizi ilə bağlı parlament dinləmələri zamanı hakim “Vətəndaş müqaviləsi” partyasından olan deputat Qurgen Arsenyan müxalifətin hakimiyyətinən ünvanına səsləndirdiyi fikrə cavab olaraq deyib.

Arsenyan çıxışı zamanı müxalifət deputatlarını məsuliyyətsizlikdə ittiham edib.

“Sözlərinizə və əvvəllər səsləndirilən təhdidlərə görə cavab verməyə hazırsınız. Sadəcə oturun və barmağınızı yelləyin. Prioritetlərinizi düzgün müəyyənləşdirin. Nəhayət, hər şeyi düzgün təsəvvür etməyə başlayın. Sən kimsən, ara?”, - deyən deputat parlamentin tribunasından əleyhdarlarını tənqid edib.

Arsenyanın sözlərinə görə, xalq 2021-ci il seçkilərində hazırkı müxalifətə qarşı qərarını verib. 

Həmkarı Nikol Paşinyanın açıqlamaları şifahi toqquşmaya səbəb olub.

Dinləmələrə sədrlik edən Ermənistan müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan iclasda iştirak edənləri susmağa və Arsenyanın çıxışını davam etdirməsinə icazə verməyə çağırıb. Lakin dəfələrlə onun xahişlərinə məhəl qoyulmayıb.

Müxalifətin ona qarşı hay-küyə baxmayaraq, Arsenyan çıxışına davam edərək bunları deyib:

“Qarabağ məsələsindən manipulyasiya edib sizə Ermənistanda hakimiyyətə gəlmək imümkün olmayacaq. Bu xülyalardan əl çəkib, unudun”.

Deputat əmindir ki, Türkiyə ilə münasibətlərin qurulması, Ermənistanın milli maraqlarından irəli gəlir. O eyni zamanda erməni deputatları ksenofobik ifadələrdən çəkinməyə çağırıb. O hesab edir ki, bu yalnız Ermənistana zərər verir. axar.az