Bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.