Xaçmazda dərzi intihar edib




Xaçmaz şəhər sakini intihar edib.
1969-cu il təvəllüdlü Şərifov Əfqan Rüstəm oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
E.Şərifov rayonda dərzi fəalliyəti ilə məşğul olub.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.