Zəlzələyə görə müəllimlərin maaşlarından tutulur? - Rəsmi AÇIQLAMA


Türkiydə fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkənlər üçün müəllimlərin əməkhaqqından tutulması ilə bağlı yayılmış ərizə forması müzakirələrə səbəb olub. 
Bir çox sosial şəbəkə istifadəçisi məcburi şəkildə müəllimlərin maaşından tutulmasının doğru olmadığını bildirirərək Elm və Təhsil Nazirliyini tənqid edib. 
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ərizələrin nazirliyin təşəbbüsü olmadığını söyləyib:

“Bu yanlış məsələdir. Heç kimin maaşından məcburi şəkildə pul tutula bilməz. Bu ianə kampaniyasıdır və Elm və Təhsil Nazirliyi yox, Gənc Müəllimlər Assosiasiyası həyata keçirir. Hansı müəllim qardaş ölkəyə yardım etmək üçün özünü könüllü  maliyyə vermək istəyirsə, o, verə bilər. Burada birmənalı olaraq hər hansı bir məcbuertmədən söhbət getmir. Çünki yardım kampaniyası ilə bağlı çoxsaylı müraciətlər olurdu. Bunu bir kampaniya formasına saldılar ki, müəllimlər öz məvaciblərindən və ya hansısa bir formada yardım etmək istəyirsə, bura müraciət etsinlər”.