Türkiyədə 6 fevral tarixində baş vermiş zəlzələ nəticəsində həlak olan tələbələrin cənazələri fevralın 16-da Azərbaycana gətiriləcək.
Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənın meyitləri dünən tapılıb və ekspertizaya təhvil verilib.
Şagirdlərin valideynləri və yaxınları övladlarını axtarmaq üçün Malatyaya getmişdilər və doğmaları ilə bağlı ümidverici xəbər gözləyirdilər.
Verilən məlumata görə, III kurs tələbəsi Samir Quliyev Gədəbəy rayonunun qəbiristanlığında son mənzilə yola salınacaq.
Sonuncu kursda təhsil alan Şahin Vəliyev Gəncədə dəfn olunacaq.
İnönü Universitetinin magistr tələbəsi Gündüz Nəzərzadə Sumqayıtda, 4-cü kurs tələbəsi Hüman İsmayıllı isə Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.