Nazirlik yeni binasının təmizliyinə 300 min manat xərcləyir


Kənd Təsərrüfatı Nazirliyi inzibati binasında 2023-cü il üçün təmizlik xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Şeh” MMC olub.
Qalib təşkilatla 182,9 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Nazirlik bir neçə ay öncə inzibati binasında fasadın təmizlənməsi və təmiri üzrə sistemin qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderdə də “Şeh” MMC-ni qalib edib və şirkətlə 122,560 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, Ağ Şəhərdə Kənd Təsərrüfatı Nazirliyi üçün yeni bina tikilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.