Almaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadə dekabrın 9-da vəfat edib.
Oxu.Az xəbər verir ki, dostlarının sosial şəbəkə hesabında yazdığına görə, rəssam uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Gündüz Əlizadə “Kirpi” və “Gənclik” jurnalında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınırdı. Xeyli zamandır Almaniyanın Tier şəhərində yaşayan rəssamın Berlində “20 Yanvar” hadisələrinə, vətənə həsr olunmuş sərgiləri nümayiş olunub.