Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
Oxu.Az xəbər verir ki, WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,10% azalaraq, 52,42 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,12% artaraq, 58,40 dollar olub.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,20 dollar azalaraq, 1 274,10 dollara düşüb.