Misirin HHM qüvvələri 2 pilotsuz təyyarə vurub


Misirin hava hücumundan müdafiə sistemləri Sinay yarımadasının üzərində iki pilotsuz uçuş aparatını (PUA) vurub.

AzBaku.org “Sada El Balad” portalına istinadən verdiyi məlumata görə, bunu Misir silahlı qüvvələrinin rəsmi nümayəndəsi Qərib Abdel Hafiz deyib. Onun sözlərinə görə, “Nuveyba və Taba şəhərləri yaxınlığında baş verən iki insidentlə bağlı aparılan araşdırmalar çərçivəsində iki pilotsuz təyyarənin “Qırmızı dənizin cənub bölgəsindən şimala doğru hərəkət etdiyi” məlum olub.
Misir Silahlı Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, pilotsuz təyyarələrdən birinə ölkənin hava məkanından kənarda hücum edilib, ikincisi isə Tabada vurulub.