KİV: Paşinyan kütləvi tədbirlərdə iştirak etmir



Ermənistanın Baş naziri Nikol Paşinyan kütləvi tədbirlərdə iştirak etmir.
AzBaku.org xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb.

Nəşrin sözlərinə görə, Paşinyan dünən 1999-cu ilin 27 oktyabrında ölkə parlamentində baş vermiş terror aktı qurbanlarının xatirəsini həlak olanların qohumlarının iştirakı olmadan yad edib.
Nəşrin sorğusuna cavab olaraq Ermənistan hökuməti bunun səbəbini izah edə bilməyib.
Həmçinin qeyd olunub ki, Ermənistan parlamentinin üzvləri Paşinyanın parlamentin parkında yerləşən xatirə abidəsini ziyarət edəcəyindən Baş nazirin gəlişinə az qalmış xəbər tutublar.
Nəşr vurğulayıb ki, Paşinyanın təhlükəsizliyini bir neçə yüz mühafizəçi təmin etsə də, o, kütləvi tədbirlərdən, onu narahat edə biləcək suallardan və yarana biləcək təhlükədən qaçır.