Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib


Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib.
Müdafiə Nazirliyindən Azbaku.org-yə verilən xəbərə görə, "Sualtı hücum xüsusi təyinatlı kursu"nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib - VİDEOSualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib - VİDEO