KİV: İsrail ordusu Qırmızı dəniz üzərində PUA vurub


İsrail ordusu Qırmızı dəniz üzərində Yəməndən göndərilən PUA vurub.
AzBaku.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin cənubundakı Eilat bölgəsində hava həyəcanı siqnallarının bu gün səhərdən etibarən işə düşdüyünü bildirib.