Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb.
AzBaku.org xəbər verir ki, püşkatma mərasimində 32-ci dəfə təşkil olunacaq turnirə qatılacaq 34 komandanın nümayəndələri iştirak ediblər.
İlk olaraq, II Liqada yer alan 14 komanda I təsnifat mərhələsində bir-biriləri ilə qarşılaşacaq. Qaliblər II raunda adlayacaqlar. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Bunun ardından 1/8 final mərhələsi təşkil olunacaq. Premyer Liqanın digər klubları isə həmin raunddan yarışa qoşulacaqlar.
Mövsümə noyabrın 18-19-da keçiriləcək I təsnifat mərhələsinin oyunları ilə start veriləcək. II raund 28-30 noyabr tarixlərində baş tutacaq. 1/8 final matçları isə dekabrın 19-21-i aralığında olacaq.I təsnifat mərhələsi
1. “Şəfa” - “Şəmkir”
2. “Göygöl” - “Dinamo”
3. “Sheky City” - “Kür-Araz”
4. “Füzuli” - “Lerik”
5. “Şahdağ Qusar” - “Qusar”
6. “Baku Sportinq” - “Kürmük Qax”
7. “Ağdaş” - “Cəbrayıl”
II təsnifat mərhələsi
8. 1-ci cütün qalibi - “Səbail”
9. “Zaqatala” - “Şamaxı”
10. “Turan Tovuz” - 2-ci cütün qalibi
11. “Araz-Saatlı” - “İrəvan”
12. 3-cü cütün qalibi - “Araz-Naxçıvan”
13. “İmişli” - “Mingəçevir”
14. 4-cü cütün qalibi - “Sumqayıt”
15. “Karvan” - “Difai Ağsu”
16. 5-ci cütün qalibi - “Qaradağ Lökbatan”
17. “Kəpəz” - 6-cı cütün qalibi
18. MOİK - 7-ci cütün qalibi
1/8 final
19. 8-ci cütün qalibi - 9-cu cütün qalibi
20. “Zirə” - 10-cu cütün qalibi
21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi
22. 13-cü cütün qalibi - “Qəbələ”
23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi
24. “Neftçi” - 16-cı cütün qalibi
25. 17-ci cütün qalibi - “Sabah”
26. “Qarabağ” - 18-ci cütün qalibi
1/4 final
27. 19-cu cütün qalibi - 20-ci cütün qalibi
28. 21-ci cütün qalibi - 22-ci cütün qalibi
29. 23-cü cütün qalibi - 24-cü cütün qalibi
30. 25-ci cütün qalibi - 26-cı cütün qalibi
Yarımfinal
31. 27-ci cütün qalibi - 28-ci cütün qalibi
32. 29-cu cütün qalibi - 30-cu cütün qalibi
Final
31-ci cütün qalibi - 32-ci cütün qalibi