Nazir müavini: Aİ missiyasının mandatının gücləndirilməsi və genişləndirilməsi gündəmimizdədir



Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının mandatının gücləndirilməsi və genişləndirilməsi bizim gündəmimizdədir.
AzBaku.org xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan parlamentdə gələn ilin büdcə müzakirələrində bildirib.
O qeyd edib ki, həm Avropa İttifaqı, həm də digər tərəfdaşlar tərəfindən Ermənistan-Azərbaycan prosesinin danışıqlar mərhələsinə qayıtması üçün səylər davam edir.
Nazir müavini, bu kontekstdə Almaniyanın xarici işlər nazirinin Ermənistana səfərinin vacibliyini vurğulayıb, onu tarixi səfər kimi səciyyələndirib.