Vətəndaşın leqal əməkhaqqı alması, sosial sığorta haqqı ödəməsi pensiya artımına təsir edən əsas amildir.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu sahədə işləri davam edəcək: “Bu gün mütləq rəqəmlər bizim arzu etdiyimiz rəqəmlərdən azdır. İşə düzəlmə ilə bağlı işlər dinamikləşdirilib. 500 min işsiz şəxs məşğulluq mərkəzləri vasitəsilə işə düzəlib. İşəgötürənlərin vakansiyalarının elektron portala yerləşdirilməsi problemi var idi. Son 5 ildə 700 mindən çox vakansiya elektron portalda yerləşdirilib. Növbəti illərdə bu rəqəmlərin daha da artacağına inanıram”.
Sahil Babayev insanların işsizliyə stimullaşdırılmasına qarşı olduğunu bildirib: “İşsizliyə görə sığorta haqları müəyyən müddət işləmiş şəxslərə verilir. Burada ana prinsip işdən çıxan şəxsin iradəsindən kənar hal olmalıdır ki, ona bu vəsaiti verə bilək. Əks halda biz onları işsizliyə stimullaşdırmış olarıq. Növbəti olaraq, biz sığorta stajının müddətini 30 aydan 24 aya endiririk. 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəl bu tələb 3 il idi. Növbəti ildə biz 15 milyona yaxın sığorta ödənişi etməyi planlaşdırırıq”.