Zəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunub


Gəncənin Heydər Əliyev Meydanında 8 Noyabr - Zəfər Günü ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq möhtəşəm konsert proqramı keçirilib.
AzBaku.org xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ-nin qazılar şurasının üzvü Hacı Tahir Abbasov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Hərbi Orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan, Azərbaycan xalqının Vətən müharibəsinə çevrilən “Dəmir yumruq” əməliyyatında qazanılan zəfər tariximizə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə Ermənistanın illərlə formalaşdırdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi, 30 illik ağrı-acıya, nisgilə, həsrətə son qoydu. Azərbaycan xalqı məğrur, dönməz və yenilməz xalq kimi tarixə düşdü!
Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı, “Xəmsə” Uşaq Rəqs Ansamblı və şəhərimizin digər musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim edilib. Gəncənin tanınmış müğənnilərinin ifasında vətənpərvər ruhda bir-birindən şən mahlılar səsləndirilib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Zəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunubZəfər Günü Gəncədə konsert və atəşfəşanlıqla qeyd olunub