İraqın şimalında PKK-nın məsul şəxslərindən biri zərərsizləşdirilib



Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatına qarşı xüsusi əməliyyat həyata keçirib.
AzBaku.org-nin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, MİT İraqın şimalında həyata keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında məsul olduğu iddia edilən Yadin Bulut adlı şəxsi zərərsizləşdirib