Hər kəsə də aydındır ki, lisey və peşə məktəblərində oxuyan şagirdlərin mütləq əksəriyyəti dərslərə gəlmir, bunun müqabilində isə peşə məktəblərinin direktorları böyük qazanc əldə edirlər. Çünki peşə məktəblərinin direktorları həm şagirdlərin təqaüdlərini mənimsəyirlər, həm də dərs keçməli olan müəllimlərdən dərs keçmədikləri üçün pul alırlar. Qeyd edək ki, yuxarıda sadalanan bütün neqativ hallar Neftçala peşə məltəbində hökm sürür.
Milletinsesi.info -ya daxil olan məlumata əsasən Neftçala peşə məktəbinin direktoru Əliyev Bəxtiyar bu təhsil ocağını öz şəxsi mülkünə çevirib. Peşə məktəbinin diretoru olan Əliyev Bəxtiyar məktəbdə qeydiyyatda olan şagirdlərin 70 faizinin təqaüd kartlarını özündə saxlayır.Kartların onda nə üçün olduğunu soruşduqda,Bəxtiyar Əliyev məktəbin bəzi xərclərini yerinə yetirmək üçün saxladığını bildirir. Məlumata əsasən apardığımız ilkin araşdırmalarda bəlli oldu ki,Bəxtiyar Əliyev direktor olduğu adı çəkilən təhsil müəssisəsində əyanı vəsait kimi istifadə olunmaq üçün verilən avadanlıqlar təyinatı üzrə istifadə olunmur, əksinə qazanc məqsədi ilə satılır.Və eləcə də tədris otaqlarında isə tələbələri görmək faktiki olaraq mümkin deyil. Həmçinin müəllimləri də. Belə ki, dərsə gəlməyən, adı isə ştat cədvəlində yer alan müəllimlərin məvacibləri isə direktor tərəfindən mənimsənildiyi də bildirilir. Maddi vəsaitlərinin mənimsənilməsi təkcə bu formada həyata keçirilmir. Belə ki, müəllimlərin maaşları, tələbələrin isə təqaüd aldıqlarını nəzərə alsaq məktəb kalidorlarında görünməyən sonuncuların təqaüdləri də müəllimlərin məvacibləri ilə bir istiqamətə yönəlir.Bütün bu suallara aydınlıq gətirmək üşün Bəxtiyar Əliyevə dəfələrlə zəng açsaq da onu yerində tapa bilmədik. Yaxın günlərdə adı çəkilən liseylə əlaqəli araşdırmalarımızın konkret nəticələri ilə geniş tanış olacaqsınız. Və güman edirik ki, Əliyev Bəxtiyar vaxt tapıb məktəbə gələcək, təhsil müəssisəsində baş verən narahatçılıqlar barədə öz fikrini bizimlə paylaşacaq.