Qəzzadan təxliyə edilən Rusiya vətəndaşlarının olduğu xüsusi təyyarə Moskvaya uçub


Qəzzadan təxliyə edilən Rusiya vətəndaşlarının olduğu xüsusi təyyarə Moskvaya uçub.
AzBaku.org yerli KİV-ə istinadən xəbər verir ki, təyyarə Qahirə hava limanından Moskvanın Domodedovo hava limanına istiqamətlənib. Təyyarədə bir gün əvvəl Qəzza zolağından Rəfah keçid məntəqəsindən təxliyə edilmiş 70 Rusiya vətəndaşının olduğu bildirilib.
Təyyarənin beş saat ərzində Moskvaya çatacağı gözlənilir.