Rusiyalı kosmonavtların Aya ilk enişinin vaxtı məlum olub



Rusiya kosmonavtı 2031-ci ildən 2040-cı ilə qədər Aya ilk dəfə enə bilər.
AzBaku.org - un Moskva müxbiri xəbər verir ki, Rusiyanın pilotlu kosmik sistemlər və komplekslər üzrə baş konstruktoru Vladimir Solovyov bildirib.
Onun sözlərinə görə, Rusiya kosmonavtlarının Aya ilk enişi 2031-2040-cı illər üçün planlaşdırılır. Solovyev qeyd edib ki, Ay bazasının özünün tikintisi isə 2041-2050-ci illər üçün planlaşdırılır.
Mütəxəssis əlavə edib ki, bu, beynəlxalq layihə olacaq.



Fərid Əkbərov