Elmi konfransa təqdim olunan bəzi məqalələrin plagiat olduğu aşkarlandı



Coğrafiya İnstitutunun keçirdiyi elmi-praktiki konfransa təqdim olunan bir sıra məqalələrin plagiat olduğu aşkarlanıb.
AzBaku.org apa-ya istinadən xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda keçirilən II Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, sözügedən məqalələr hələ rəyə verilmədən plagiat olduqları aşkarlanıb və qarşısı alınıb:
“Plagiatlıq çox pis haldır. Doktorantlarımıza, dissertantlarımıza internet məlumatlarından istifadə edərkən diqqətli olmalı bildirilməlidir”.