Bolqarıstan Prezidenti Ukraynaya zirehli texnikanın tədarükünə veto qoyub


Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya 100 zirehli texnikanın tədarükü ilə bağlı parlamentə ratifikasiya olunmuş sazişə veto qoyub.
Azbaku.org xəbər verir ki, yerli “Novinite - Sofia News Agency” xəbər agentliyi məlumat yayıb.
Sənəd yenidən müzakirə olunmaq üçün parlamentə qaytarılıb.
Prezident qeyd edib ki, Saziş ratifikasiya edilən zaman deputatlar razılaşmanın spesifik parametrləri ilə kifayət qədər tanış olmayıblar.
Həmin zirehli texnikanın həqiqətən də Bolqarıstanın özünə, məsələn, təbii fəlakətlərlə mübarizədə və ya sərhədlərin qorunması üçün lazım olub-olmadığını obyektiv qiymətləndirə bilməyiblər.
“Mən əminəm ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, rifahı və həyatı əsas prioritet olmalıdır”, - Radev vurğulayıb.
Xatırladaq ki, Bolqarıstandan Ukraynaya hərbi yardım çərçivəsində zirehli nəqliyyat vasitələrinin tədarükünə dair saziş bu ilin avqust ayında Sofiyada, daha sonra isə noyabr aynda Kiyevdə imzalanıb. Həmin Sazişin patifikasiya prosesi zamanı millət vəkilləri arasında fərqli fikirlər, fikir ayrılıqları qeydə alındı, lakin sənəd təsdiq edildi. Prezidentin veto qoyması bu məsələnin daha ətraflı müzakirəsini zəruri edib.