Lənkəranda 60 yaşlı qadın ana olub


Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib.
Azbaku.org-nin APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Bürcəli kənd sakini, 1963-cü il təvəllüdlü Ayaxanım İltifat qızı Səfərova hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib.
Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxş sayılır.
Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.