Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.
Oxu.Az-ın xəbərinə görə, ikinci yarımfinal oyununda Madridin “Real” klubu “Əl-Cazira” (BƏƏ) komandasını 2:1 hesabı ilə məğlub edib.
Kral klubunun heyətində Ronaldo və Beyl, müvafiq olaraq 53 və 81-ci dəqiqələrdə fərqləniblər. BƏƏ təmsilçinin yeganə qolunu isə 41-ci dəqiqədə Romarinyo vurub.
“Real” dekabrın 16-da keçiriləcək həlledici görüşdə Braziliyanın “Qremio” klubu ilə qarşılaşacaqlar.