Türkiyə ordusu son bir həftədə 56 terrorçunu zərərsizləşdirib


Türkiyə ordusu son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla həyata keçirdiyi əməliyyatlarda 56 terrorçunu zərərsizləşdirib.

Azbaku.org-nin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyinin rəsmisi brifinq zamanı bildirib.

Qeyd olunub ki, bu il zərərsizləşdirilən terrorçuların sayı 2 032-yə çatıb.