Hicran Hüseynova: Azərbaycan ürək cərrahiyyəsində regional mərkəzə çevrilməkdədir
Ürək cərrahiyyəsində çox böyük uğurlara imza atan Azərbaycan bu gün regional mərkəzə çevrilməkdədir.
Azbaku.org xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Kardiologiyada yeni çağırışlar - 2023" adlı beynəlxalq elmi konqresdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün erkən tibbi müayinə və hətta ana bətnində uşaqların müayinəsi, keçirilən əməliyyatlar nəticəsində ürək qüsurları aradan qaldırılır:
"Bu da öz növbəsində uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir göstərir. Lakin bununla yanaşı bizi hələ də bir çox məsələlər narahat edir. Belə ki, dünyada ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci sırada dayanır. Dünya üzrə ümumi ölüm hallarının, təxminən, 50%-inin səbəbi bu xəstəlikdir. Xəstəliyin cavanlaşması və hətta uşaqlar arasında olması, əlbəttə ki, bizi düşündürməlidir".