Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək


Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək.
AzBaku.org xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ sammiti başlamadan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Orbanın fikrincə İttifaq bu məsələni üzvlük üçün bütün zəruri şərtlər yerinə yetirildiyi zaman müzakirə etməlidir və ölkəsi danışıqların başlanmasının tərəfdarı deyil.
Macar hökumətinin başçısı qeyd edib ki, yeddi ilkin şərt var idi, lakin Ukrayna onlardan üçünü yerinə yetirməyib.