Avstraliyanın mərcan adaları yox olmaq ərəfəsindədir


Avstraliyanın dəniz sərhədlərində yerləşən 10-dan çox mərcan adası yox olma təhlükəsi ilə üzləşib.

Azbaku.org-nin xəbərinə görə, nəticələri “Science of the Total Environment” jurnalında dərc olunan tədqiqatlar ümumilikdə 56 mərcan adasını əhatə edib, iqlim dəyişikliyi və su səviyyəsinin yüksəlməsinin adalara təsiri araşdırılıb.

Tədqiqatlar zamanı məlum olub ki, dəniz suyunun səviyyəsinin yüksəlməsi adaların mövcudluğunu təhlükə altında qoyur. Şimali Avstraliya şelfində yerləşən 3 mərcan adasına iqlim dəyişikliyin təsiri çox yüksək qiymətləndirilib.
Mərcan dənizində Kvinslend sahillərində yerləşən daha 11 ada da yüksək riskli kimi təsnif edilib.
Adaların yoxa çıxması dəniz sərhədlərinə də təsir göstərəcək.