Türkiyə viza rejiminin sadələşdirilməsi üçün Aİ-dən konkret addımlar gözləyir


Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı aparıb.

Azbaku.org-nin verdiyi xəbərə görə, bu barədə diplomatik mənbədən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı Türkiyəyə qarşı daha ədalətli və tədbirli münasibət göstərməli olduğunu bildirib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, H. Fidan onu da vurğulayıb ki, qlobal çağırışların gücləndiyi müasir dünyada Aİ strateji perspektivdən çıxış etməli və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır.
“Əldə edilən məlumata görə, xarici işlər naziri Fidan Türkiyənin Gömrük İttifaqının yenilənməsi, investisiya sahəsində əməkdaşlığın artırılması və viza rejiminin sadələşdirilməsi kimi mövzularda Avropa İttifaqından ən qısa zamanda konkret addımlar atmasını gözlədiyini xatırladıb”, mənbə bildirib.