Ermənistanda hakimin həbs müddəti uzadılıb


Ermənistanda hakim Arusyak Aleksanyanın həbs müddəti daha 3 ay uzadılıb.

Azbaku.org Sputnik Armenia-ya istinadən xəbər verir ki, eyni zamanda, hakim onun istintaq təcridxanasında qalmasına imkan verməyən hər hansı xəstəliyin olub-olmadığını öyrənmək üçün tibbi ekspertiza təyin edib.

Qeyd edək ki, Arusyak Aleksanyan vəzifə səlahiyyətlərini aşmaqda və bilərəkdən ədalətsiz məhkəmə aktı çıxarmaqda ittiham olunur. O, ötən ilin oktyabr ayında həbs edilib.