İsveçrə Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə qoşulub


İsveçrə Rusiyaya qarşı ən son qəbul olunan 12-ci sanksiyalar paketinə qoşulub.

Azbaku.org xəbər verir ki, bu barədə Konfederasiyanın Federal Şurasının (İsveçrə hökuməti) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsveçrə Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq edilməsi üçün bir müddət əvvəl təsdiq edilmiş 12-ci paketdə yer alan sanksiyalara qoşulub.
Qeyd edək ki, 14 dekabrda Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib. Bununla da İttifaq Rusiyadan həm də almaz idxalına qadağa qoyub. Yeni sanksiyalar paketi ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri nəzərdə tutur, həmçinin, 29 Rusiya şirkəti və bir neçə şəxs “qara siyahı”ya salınıb.
Yuxarıda sadalananlardan əlavə olaraq, Rusiyadan maye propan qazının, litium batareyaları və PUA-lar üçün komponentlərin idxalına qadağa qoyulub.