Qaxda 53 yaşlı qadın itkin düşüb


Qaxda 53 yaşlı qadın itkin düşüb.

Azbaku.org-nin APA-ya istinadən məlumatına görə, rayonun Almalı kənd sakini 53 yaşlı Azadə Yusifova dekabrın ayın 20-də səhər saatlarında yaşadığı evdən nəməlum istiqamətdə gedərək bir daha geri qayıtmayıb. A. Yusifovanın ailə üzvüləri qadının itkin düşməsi barədə Qax rayon Polis Şöbəsinə müraciət ediblər.
DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri keçirilir.