
Türkiyə Superkubok matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.
Azbaku.org xəbər verir ki, matçında Abdulkadir Bitigen söz sahibi olacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası açıqlama verib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinin "Əl-Avval Park" stadionunda baş tutacaq qarşılaşmada Abdulkadir Bitigenin köməkçiləri Erdem Bayık və Mustafa Savranlar olacaq. Matçın dördüncü hakimi Volkan Bayarslan olacaq.
Qeyd edək ki, dekabrın 29-da keçirilməsi nəzərdə tutulan qarşılaşmada “Fənərbaxça” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.