Bayden Yeni ili harada qarşılayacaq?


ABŞ Prezidenti Co Baydenin Milad və Yeni il bayramlarını harada qeyd edəcəyi açıqlanıb.  

“Azbaku.org” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
Dövlət başçısı Milad bayramını Kemp-Deviddə (Merilend ştatı), Yeni ili isə Karib dənizində yerləşən Santa-Krus adasında qarşılayacaq.
Qeyd edək ki, ABŞ-də Milad bayramı dekabrın 25-də qeyd olunur. Bayden ötən Yeni ili də Santa-Krusda qarşılamışdı.