Yeni il axşamı Qızıl Meydana giriş bağlanacaq


Moskvanın mərkəzindəki Qızıl Meydana giriş dekabrın 31-i bağlanacaq.

Azbaku.org xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxtın Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 18:00-dan yanvarın 1-i saat 08:00-a qədər konkisürmə meydançası istisna olmaqla, meydan ictimaiyyət üçün bağlı olacaq.
Rusiya DİN Qızıl Meydanın ictimaiyyət üçün bağlanma səbəbini açıqlamayıb.