AzBaku. info Oxu.Az-a istinaden xəbər verir ki, bunu bir çox əməliyyatları ilə uşaq cərrahiyyəsində kifayət qədər uğurlar qazanan Mərkəzi Klinikanın Uşaq cərrahiyyəsi şöbəsinin uroloq cərrahı Fuad Hüseynov Medicina.az-a müsahibəsində deyib.
Uroloq cərrah uşaq sağlamlığı ilə bağlı çox aktual məsələlərə toxunub: "XXI əsrdə sünnətin, təbii ki, əməliyyatxanada, steril şəraitdə, komfortlu şəkildə və cərrah tərəfindən icrası daha məqsədəuyğundur, nəinki evdə, həyətdə və s. İndi dəbdir – lazerlə qansız sünnət reklamı gedir. Bu, bir uydurmadır. Dünyada belə bir texnika yoxdur ki, hər hansı orqanı, dərini kəsəsən, qan çıxmaya. Lazer sünnəti deyilən fikir absurddur.
Sünnət – uşaq uroloqu və uşaq cərrahı tərəfindən icra olunmalıdır. Valideynlər uşaq cərrahı ilə ümumi cərrahı ayırd etməyi öyrənməlidir. Belə görürəm ki, bu vəziyyət hələ bir müddət davam edəcək və nə yazıq ki, belə səhvlər nəticəsində uşaq ölümlərinin sayı da azalmayacaq.
Hələ də həkimlər əməliyyat, xəstə əldən çıxmasın deyə, valideynləri aldadır. Bu isə həkimlik yox, dəllallıqdır. Qarşımızda əngəllər çoxdur. Yaşlı nəsil gerçəkdən işini bilən gənc kadrları qəbul etməyənə qədər bütün çabalarımız əbəsdir".





