Masazırda eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb


Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanında eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb

Azbaku.org-nin xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir:

"Vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir. Zəruri tədbirlər görülməkdə davam edilir".
Qeyd edək ki, bir neçə gün öncə Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanında yaşayan Ayan Aslanova eyvandan yıxılaraq xəsarət alıb. Sosial şəbəkədə hadisə ilə bağlı Təcili Tibbi Yardım çağırıldığı halda çağırışa həkimin gəlmədiyinə dair məlumat yayılmışdı. Bu barədə TƏBİB-dən APA-ya bildirilib ki, daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.
“"Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub. Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq. Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - açıqlamada bildirilib.