Rusiya silahları Ermənistana gətirilib


Rusiya silahlarından ibarət yük artıq Ermənistandadır.

Azbaku.org xəbər verir ki, bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, müdafiə nazirinin sabiq müavini general-leytenant Qaqik Melkonyan bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda hərbi təyinatlı məhsullar gətirilib və onlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib.
O, söhbətin hansı silahlardan getdiyini dəqiqləşdirməyib.