Pakistan zərbələr endirən zaman İranın hava məkanına daxil olub


Pakistan Hərbi Hava Qüvvələri gecə saatlarında İrandakı hədəflərə raket zərbələri endirərkən respublikanın hava məkanına daxil olub.

Azbaku.org xəbər verir ki, bu barədə “Reuters“ Pakistan kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İranın hava məkanına daxil olduğu, terrorçuların sığınacaqlarına zərbələr endirdikdən sonra geri qayıtdığı bildirilib.
Əməliyyatda neçə təyyarənin iştirak etdiyi açıqlanmır.