![](/uploads/posts/2024-01/1705648193_1705648103569.png)
Bakıda mənzildən oğurluq edilib.
Azbaku.org DİN-ə istinadən xəbər verir ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.