Türkiyədə Fransaya casusluq ittihamı ilə 3 nəfər saxlanılıb


Türkiyədə Fransanın Xarici Kəşfiyyat Xidməti üçün casusluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
“Sabah”a istinadən xəbər veririk ki, suriyalı Ahmet Katie adlı şəxsin rəhbərlik etdiyi dəstə üzvləri Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən ifşa edilib. 
Onların 1 ildir bu fəaliyyətlə məşğul olduğu bildirilir.