Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb
Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Amil Səlimovla eyni partiyadan olan deputatlardan birinin fəaliyyətinə xitam verildiyi üçün həmyerlimiz partiya siyahısından seçilərək onu əvəzləyib.
Hər iki valideyni azərbaycanlı olan 38 yaşlı həmyerlimiz Latviyada doğulub, təhsilini də orada alıb.
A.Səlimov, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq koordinatorudur.
Qeyd edək ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.