İsveçin milli reyestri partlayıcı maddələrə əlçatanlığı məhdudlaşdıracaq


İsveçdə iyul ayına qədər partlayıcı maddələrə icazələr üzrə milli reyestr yaradılacaq. Hökumət hesab edir ki, bu, cinayətkarların partlayıcı maddələrə çıxışını məhdudlaşdırmaqda mühüm vasitə olacaq.
İsveç polisinin məlumatına görə, 2023-cü ildə 149 partlayış baş verib və bu, 2019-cu ilin rekordunu yeniləyib.
Ədliyyə naziri Qunnar Strömmer deyir ki, polisin atışma da daxil olmaqla ağır cinayətlərin açılmasında fəaliyyəti çox uğurlu olub. Bununla belə, partlayışlar hələ də ciddi problemlər yaratmaqda davam edir. “Müsbət nəticələr əldə etmişik, lakin cinayətin açılmasının bizi tam qane edən səviyyəyə çatması üçün hələ çox işlər görülməlidir”, - deyə ədliyyə naziri bildirib.
Reyestrin köməyi ilə partlayıcı maddələrdən qanuni şəkildə istifadə etmək və onları satmaq icazəsi olan qurumlara nəzarət gücləndirilir. Mülki müdafiə naziri Karl-Oskar Bolin deyir: "Bu məsələdə zəif bənd partlayıcı maddələrdən ibarət yüklərin daşınmasıdır ki, bu da onların nəzarətdən çıxmasına və bombaların hazırlanmasında istifadə edilməsinə imkan verir".
Qunnar Strömmerin sözlərinə görə, İsveçdən fərqli olaraq, digər Skandinaviya ölkələri özlərində çox nadir hallarda baş verən partlayışlarla bağlı statistika aparmır.