Bosniyalılar Türkiyəni ölkənin ən yaxın dostu kimi görürlər


Bosniya və Herseqovinada aparılan sorğunun nəticəsində əsasən, bosniyalılar Türkiyəni ölkənin ən yaxın dostu kimi görürlər.
Bosniya və Herseqovina Təhlükəsizlik Araşdırmaları Mərkəzi ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesi, bosniyalılar hansı ölkəni ən yaxın dost kimi görür, digər suallardan ibarət sorğu təşkil edib. Sorğuda iştirak edənlərin 44 faizi Bosniya və Herseqovinanın ən mühüm strateji xarici siyasət marağının Aİ-yə və NATO üzvlük olduğunu bildiriblər. O cümlədən bosniyalı iştirakçıların 59 faizi Türkiyənin Bosniya və Herseqovinanın ən yaxın dostu olduğunu qeyd ediblər.
Sorğuda iştirak edənlərin 42 faizi ölkədə iğtişaş və müharibə ehtimalının olmadığını bildirib. İştirakçıların 55 faizi bosniyalı, 10 faizi serb, 9 faizi xorvat, 12 faizi isə digərləri olub.